"Mənim üçün İspaniya futbolu tarixinin ən yaxşı yarımmüdafiəçisidir"

17:46 - 11 May 2023

"Real"ın və İspaniya millisinin sabiq baş məşqçisi, hazırda "Vulverhempton"un baş məşqçisi Xulen Lopeteqi 2022/2023 mövsümünün sonunda Kataloniya klubunu tərk edəcək "Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets haqda danışıb.

Sportal.az "Barca Buzz"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis təcrübəli futbolçu haqda bunları bildirib:

"Buskets unikal oyunçudur. Meydanda intellekt baxımından o, orta səviyyədən xeyli yuxarı oyunçudur. Mənim üçün Serxio İspaniya futbolu tarixinin ən yaxşı yarımmüdafiəçisidir".

2008-ci ildən Kataloniya klubunun üzvü olan Busketsin Lionel Messi ilə birlikdə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Xəbər xətti