"Atletiko"nun prezidenti Enrike Serezo "Real"ın futbolçusu Vinisius Juniorun ona qarşı edilən kobudluqlardan sonra hakimlərə etirazını şərh edib.
Sportal.az "Radio Marca”ya istinadən xəbər verir ki, Madrid klubunun rəsmisi Joao Feliksə edilən qayda pozuntularını xatırlayıb:
"Vinisiusa qarşı edilən kobudluqlar? Kobudluğa məruz qalmayan vacib oyunçu tanımıram. Hər kəsə qarşı kobudluq edilir. Joao Feliksi xatırlayıram. "Atletiko"da oynadığı vaxtda matçın yarısından çoxunu yerdə keçirməyə məcbur idi. Çünki ona qarşı kobudluq edilirdi. Sadəcə fərq ondadır ki, o, hakimə və ya rəqibin hərəkətlərinə tez reaksiya verməyə can atan oğlan deyildi. Alvaro Morata ilə vəziyyət də eynidir".
saytlarin hazirlanmasi