"Barselona" rəhbərliyi fransalını komandada saxlayacaq

16:34 - 14 May 2023

"Barselona" uzun müddətdir ki, komandadan ayrılacağı gözlənilən Usman Dembeleyə yeni müqavilə təklif edib. 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, fransalı özü də, Kataloniyada qalmağa müsbət yanaşır. O, bir neçə klubdan təklif alsa da, "Barselona"nı tərk etmək barədə düşünmür. Artıq Dembelenin meneceri ilə klub rəsmiləri arasında ilkin danışıqlar başlayıb. 

25 yaşlı futbolçunun "Barsa" ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Xəbər xətti