"Barselona"nın prezidenti Xoan Laporta yayda PSJ ilə müqaviləsi başa çatan Lionel Messi haqda danışıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri argentinalı hücumçunu geri qaytarmaq üçün əlindən gələni edəcəyini deyib:
"Messi ilə yaxşı münasibətimiz var. Onunla bir müddət əvvəl danışmışam. Leo dünyanın ən yaxşı futbolçusudur. Hər baş məşqçi onu komandasında görmək istəyər. Messi Parisdə azarkeşlərlə xoş olmayan anlar yaşadı. Buna görə də indi onu narahat etməyəcəyəm. Son zamanlarda mesajlaşmışıq. "Barselona" Messinin evidir. Onu geri qaytarmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".
saytlarin hazirlanmasi