"Barselona" müdafiəçisinə 1 milyard avro qiymət qoyacaq

14:27 - 16 May 2023

İspaniyanın "Barselona" klubu Alexandro Baldenin gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı sol cinah müdafiəçisinin müqaviləsini uzadacaq. Bu barədə "Sport" nəşri məlumat yayıb.

La Liqa təmsilçisi ispaniyalı müdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayacaq. Gənc futbolçunun sərbəstqalma məbləği 1 milyard avro olaraq təyin olunacaq.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti