"Barselona" transferlərə hazırlaşır

21:34 - 19 May 2023

"Barselona"nın baş məşqçisi Xavi rəhbərliyə israr edir ki, klub bu yay altı futbolçunu transfer etsin.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi liqa rəhbərliyinin verəcəyi razılıq cavabını gözləyir.

Eyni zamanda, "Barselona" bu yaxınlarda müqavilə müddətini uzatdığı Ronald Arauxo, Qavi, Balde, Markos Alonso və Sergi Robertonu qeydiyyatdan keçirmək üçün bir sıra futbolçularla yollarını ayıracaq.

Bu mövsüm Primeroda çempionluq yaşayan "Barsa" artıq transfer etmək istədiyi oyunçularla danışığa başlayıb.

Xəbər xətti