"Real" Ançelottini postundan göndərməyi planlaşdırır

21:35 - 20 May 2023

"Real" rəhbərliyi komandanın çalışdırıcısı Karlo Ançelottinin klubdakı gələcəyi ilə bağlı hələ yekun qərar verməyib.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Mançester Siti”yə 0:4 hesabı ilə uduzduqdan sonra italiyalı mütəxəssisin postundan qovulması gündəmə gəlib.

"Kral klubu" artıq bəzi məşqçilərlə də danışıq aparmağa başlayıb. Rəhbərliyi qane edən təklif olmasa, Ançelotti postunda qalacaq. Onlar mütəxəssislərdən biri ilə anlaşsa, Ançelotti mövsümün sonunda komandadan göndəriləcək.

Xəbər xətti