Vinisiusa irqçilik edən 4 nəfər həbs olundu

14:56 - 23 May 2023

İspaniyada "Real"ın futbolçusu Vinisiusa qarşı irqçilik edən 4 nəfər həbs olunub.

Sportal.az xəbər verir ki, həmin şəxslər 26 yanvar tarixində etdikləri hərəkətə görə saxlanılıblar. Ölkə kubokunun "Real"la matçından əvvəl körpüdən "Madrid "Real"a nifrət edir" yazılmış plakat və Vinisiusun forması geyindirilmiş oyuncaq asan "Atletiko" azarkeşləri həbs olunub. Bu barədə yerli polis təşkilatı məlumat yayıb.

Həbs olunanlardan üçü "Atletiko"nun radikal azarkeş qrupunun üzvüdür. Onlar yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaqlar.

Xəbər xətti