Türkiyə millisinin hücumçusu Enes Ünal sıradan çıxıb.
Sportal.az xəbər verir ki, İspaniya Primerosunun 36-cı turunun "Xetafe"- "Betis"lə görüşündə (1:0) sıradan çıxan türkiyəli hücumçunun son durumu bəlli olub.
Onun çarpaz bağları qopub. Adıçəkilən forvardın 6 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Ünal bu mövsüm Primeroda 35 oyunda 14 qol vurmuşdu.