İspaniya millisinin baş məşqçisi postundan göndəriləcək

13:41 - 26 May 2023

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente postunu tərk edə bilər.

Sportal.az “Cadena Ser”ə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası mütəxəssisin işindən narazıdır. Hətta milli üzvləri də onunla işləməkdən xoşbəxt deyillər.

De la Fuentenin millidəki gələcək taleyi İspaniyanın iyunda Millətlər Liqasındakı çıxışından asılı olacaq. “Alaves”, İspaniyanın U-19 və U-21 yığmalarında çalışmış 61 yaşlı mütəxəssis 2022-ci ildə İspaniya millisinin baş məşqçi postuna təyin edilib.

Xəbər xətti