Azərbaycan millisi seçmə mərhələyə səfərdə başlayacaq

12:30 - 2 İyun 2023

DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək futzal üzrə Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək.

Sportal.az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb. Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək millimiz daha sonra Bakıda oyun keçirəcək. Oktyabrda isə əvvəlcə doğma məkanda, sonra rəqib meydanında gücünü göstərəcək.

Dekabrda yenə ilk matçı Bakıda oynayacaq Joze Alesionun komandası mərhələnin son sınağını rəqib meydanında verəcək. Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib. 2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni ¼ finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.

Xəbər xətti