"Çelsi"nin yarımmüdafiəçisi Kay Havertz "Real"a keçidə yaxındır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, “kral klubu”ndan kifayət qədər yüksək təklif gələrsə, “zadəganlar” 23 yaşlı almanla yollarını ayırmağa hazırdır.
Daha əvvəl Havertzin “Real”ın yay “transfer pəncərəsi” üçün qısa siyahısına daxil olduğu bildirilirdi. Hücum xəttində müxtəlif mövqelərdə oynamağı bacaran alman bir çox cəhətdən İspaniya nəhənginin məşqçilər korpusu üçün maraqlıdı.
Havertz bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 9 qol vurub və bir məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
saytlarin hazirlanmasi