Yeni mövsümdə də "Real"ı Karlo Ançelotti çalışdıracaq.
Sportal.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis özü "AS" nəşrinə açıqlamasında deyib.
Son vaxtlar 63 yaşlı məşqçinin Braziliya millisini çalışdıracağı ilə bağlı xəbərlər səngimirdi. Ançelotti isə “kral klubu”nda qalacağını bildirib:
"Yeni mövsüm 100 faiz “Real”da qalacam. Komandanı da özüm çalışdıracam”.Karlonun müqaviləsi 2024-cü il iyunun 30-da başa çatsa da, onun İspaniya nəhəngini tərk edəcəyi gözlənilirdi. O, “Real”a qədər “Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bavariya”, “Napoli” və “Everton” klublarında işləyib.
saytlarin hazirlanmasi