"Bavariya" "Barselona"nın futbolçusu Rafinyanı istəyir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Almaniya nəhənginin çalışdırıcısı Tomas Tuxel braziliyalının transfer edilməsini rəhbərlikdən xahiş edib.
Münhen klubunun rəhbərliyi də Rafinyaya görə "Barselona" ilə danışıqlara start verib. Kataloniya təmsilçisinin onu satmağa razılıq verəcəyi gözlənilir.
Rafinya başa çatan mövsümdə 50 matçda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi