İspaniyanın "Sevilya" klubu baş məşqçi Xose Luis Mendilibarın gələcəyi ilə bağlı qərar qəbul edib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi 62 yaşlı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli məşqçinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Xose Luis Mendilibarbu ilin mart ayında "Sevilya"nın baş məşqçisi postuna təyin olunub. Komanda onun rəhbərliyi altında Avropa Liqasının qalibi olub.
saytlarin hazirlanmasi