"Barselona"da oynamış futbolçu "Atletiko"ya keçmək istəyir

11:44 - 8 İyun 2023

"Barselona"nın sabiq üzvü Junior Firpo İspaniyaya qayıtmaq istəyir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 2021-ci ildə Kataloniya klubundan ayrılaraq "Lids"ə keçmiş 26 yaşlı futbolçu Çempiomşipdə oynamaq niyyətində deyil. Belə ki, onun komandası başa çatan mövsüm Premyer Liqadakı yerini itirərək aşağı liqaya yuvarlanıb.

Firpo 2022/23 mövsümündə “Lids”in heyətində 25 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun İspaniyaya qayıtmaq niyyətində olduğu, "Atletiko" ilə danışıqlar apardığı bildirilir. 

Xəbər xətti