"Real" üç mövsüm icarə əsasında "Milan"da çıxış edən yarımmüdafiəçi Braim Diazla müqavilə müddətini uzadıb.
Sportal.az "Calciomercato" ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun Madrid klubu ilə yeni müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədə olacaq. Tərəflər arasında danışıqlar uğurla başa çatıb, yaxın vaxtlarda "kral klubu"nun bu haqda rəsmi açıqlama verəcəyi gözlənilir.
2022/2023 mövsümündə Diaz "Milan"ın heyətində bütün yarışlarda 44 oyuna çıxıb və 7 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bundan əvvəl Diazın Ançelottinin növbəti mövsüm üçün planlarına daxil olduğu bildirilirdi.
saytlarin hazirlanmasi