"Dünya çempionatında Messi hamıya hər şeyi sübut etdi"

20:43 - 9 İyun 2023

"Toronto"nun futbolçusu, "Barselona"da çıxış etmiş Viktor Vaskez Lionel Messi haqda danışıb.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu PSJ-dən ayrılaraq "İnter Mayami"yə keçən argentinalının özünü sübut etməyə ehtiyac olmadığını söyləyib:

"Mən həmişə Messini karyerasını izləmişəm. Son vaxtlar yanında böyük oyunçular olmasına baxmayaraq karyerasının istədiyi kimi alınmadığı alınmır. Bu da normaldır. Məndə də eyni vəziyyət yaşanmışdı. Uzun illərdən sonra "Barselona"dan ayrılıb Çempionlar Liqasını qazanmaq üçün PSJ-yə keçəndə təzyiqlə üzləşdi. Messi dünyanın ən yaxşısıdır, lakin ona kömək edəcək oyunçulara ehtiyacı var. Düşünmürəm ki, o, karyerasını bitirməlidir. Dünya çempionatında Messi hamıya hər şeyi sübut etdi".

"Barselona” yetirməsi olan Vaskez “Brügge”, “Kruz Azul”, “Al-Arabi”, “Umm Salal”, “Eupen”, “LA Qalaksi” klublarında oynayıb.
 

Xəbər xətti