İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Selta" Karlos Karvalhalla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 57 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin noyabr ayında "Selta"nın baş məşqçisi təyin olunmuşdu. Viqo təmsilçisi onun rəhbərliyi altında la Liqanı 43 xalla 13-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi