“Turan Tovuz” Sadiq Quliyevlə müqaviləni daha 1 il müddətinə artırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi 2023-2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.
Futbolçu ötən ilin yayından Tovuz təmsilçisində oynayır. Təcrübəli müdafiəçi komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.
Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli və Tərlan Quliyevlə yeni sözləşmə imzalayıb.
saytlarin hazirlanmasi