İspaniyanın "Xetafe" klubunda 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisində başa çatan sezonun ən yaxşısı adına Enes Ünal layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk hücumçu azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Qeyd edək ki, Enes Ünal 2020-ci ilin yayından "Xetafe"də çıxış edir. 26 yaşlı forvard son mövsümdə komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi