İspaniya klubu baş məşqçisini saxladı

14:41 - 15 İyun 2023

“Valensiya” baş məşqçisi Ruben Baraxanı postunda saxlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalının “yarasalar”la müqavilə müddəti artırılıb. Tərəflərin yeni anlaşması 2027-ci ilin yayına kimi hesablanıb. Mütəxəssis 2023-cü ilin fevralından komandaya rəhbərlik edir.

47 yaşlı mütəxəssis “Valensiya”nın əfsanəvi futbolçusu hesab edilir. O, 2000-2010-cu illərdə adıçəkilən klubda 263 oyun keçirib və aktiv futbolçu karyerasını da burada başa vurub.

Xəbər xətti