"Barselona" yeni formasını təqdim etdi - FOTO

17:55 - 15 İyun 2023

İspaniyanın "Barselona" klubu 2023/2024 mövsümündə ev oyunlarında geyinəcəyi formaları ictimaiyyətə təqdim edib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin oyun dəsti ənənəvi olaraq göy və qırmızı rənglərdən ibarətdir. Qapıçının forması isə yaşıl rəngdədir.

Qeyd edək ki, "Barselona" başa çatan mövsümdə La Liqanın qalibi olub.


Xəbər xətti