"Barselona"nın vingeri Rafinya Kataloniya klubundakı adaptasiya prosesinin necə baş verməsindən danışıb.
Sportal.az xəbər verir ki, "Barca Universal"a danışan braziliyalı bunları deyib: "Barselona"dakı ilk altı ayım çox çətin keçdi. Çox qol vura bilmirdim və çox da məhsuldar ötürmə vermirdim. Ancaq komanda yoldaşlarımın köməyi ilə daha yaxşı uyğunlaşa bildim. Bundan sonra hər şey yaxşıya doğru dəyişdi".
“Avai”, “Gimarayeş”, “Sportinq”, “Renn” klublarında oynamış yarımmüdafiəçi 2022-ci ildə “Lids”dən “Barselona”ya keçmişdi.
saytlarin hazirlanmasi