La Liqaya yüksələn son komanda bəlli oldu

11:56 - 18 İyun 2023

İspaniya La Liqasına yüksələn sonuncu komanda müəyyənləşib.

Sportal.az xəbər verir ki, son vəsiqə uğrunda pley-offun cavab matçında "Levante" "Alaves"i qəbul edib. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. İlk oyun da eyni hesabla yekunlaşdığı üçün əlavə vaxta ehtiyac duyulub. 120+8-ci dəqiqədə penaltidən fərqlənən "Alaves" adını elitaya yazdırıb.

Qeyd edək ki, İspaniya La Liqasına vəsiqə qazanan digər komandalar "Las Palmas" və "Qranada"dır.

Xəbər xətti