İspaniyanın "Almeriya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, la Liqa təmsilçisini Visente Moreno çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.48 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Visente Moreno son olaraq Səudiyyə Ərəbistanının "Əl Şabab" klubunu çalışdırıb. İspan məşqçinin klubu ilə sözləşməsi mövsümün sonunda başa çatıb.
saytlarin hazirlanmasi