"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya milli komandasını çalışdıracaq.
Sportal.az xəbər verir ki, italyan mütəxəssis beşqat dünya çempionları ilə razılıq əldə edib. Bu barədə "Globo" nəşri məlumat yayıb.
Ançelotti Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqeslə görüşüb. 64 yaşlı məşqçi gələn ilin yayında "Real"la müqaviləsi başa çatdıqdan sonra "sambaçılar"ın "sükan"ı arxasına keçəcək.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından "Real"ı çalışdırır.
saytlarin hazirlanmasi