"Real" onunla müqavilə müddətini artıracaq

11:30 - 21 İyun 2023

"Real" Dani Sebalyosla yollarını ayırmayacaq.

Sportal.az "AS"a istinadən xəbər verir ki, "kral klubu" onunla müqavilə müddətini artıracaq. 

Yeni müqaviləyə əsasən ispaniyalı 2027-ci ilə qədər "Real"a məxsus olacaq.

Başa çatan mövsümdə Sebalyos İspaniya nəhənginin heyətində 46 görüşdə meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti