"Atletiko"dan Səudiyyə Ərəbistanına

13:24 - 21 İyun 2023

"Atletiko" və İrlandiya millisinin futbolçusu Mett Doherti karyerasını Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ərəb ölkəsinin təmsilçiləri irlandiyalı üçün hərəkətə keçib. 

Artıq onun üçün "Əl-Hilal", "Əl-Nəsr" və "Əl-İttihad" təklif göndərib. "Tottenhem"dən "Atletiko"ya keçmiş müdafiəçinin hansı qərarı verəcəyi hələ ki, dəqiq deyil. Doherti “Atletiko”ya keçəndən bəri cəmi 6 oyunun iştirakçısı olub. Onun Madrid klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti