"Real" legionerini saxlamağı bacardı

15:12 - 21 İyun 2023

"Real" Toni Kroosu yeni müqavilə imzalamaq üçün razı sala bilib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2024-cü ilin yayına qədər "Real"a məxsus olacaq. 33 yaşlı futbolçu 2014-cü ildə "Bavariya"dan "Real"a keçmişdi.

Kroos başa çatan mövsümdə "Real"ın heyətində 52 oyuna çıxıb iki qol vurub, 6 məhsuldar ötürmə etmişdi.

Xəbər xətti