İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Naço Fernandesin sözləşməsinin müddətini uzadıb. Bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçi 2023/2024 mövsümünün sonuna kimi komandada qalacaq.
Qeyd edək ki, Naço "Real"ın yetirməsidir. O, karyerası ərzində yalnız bu klubda oynayıb. İspaniya millisinin üzvü son mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi