"Vilyarreal" Pepe Reyna ilə müqavilə müddətini uzadıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 40 yaşlı qolkiper 2024-cü il iyunun 30-na qədər İspaniya klubuna məxsus olacaq.
O, başa çatan mövsümdə "Vilyarreal"ın heyətində İspaniya Primerosunda 22 oyunda meydana çıxıb və qapısında 7 qol görüb. "Barselona" yetirməsi olan təcrübəli qapıçı “Liverpul”, “Napoli”, “Bavariya”, “Milan”, “Aston Villa”, “Latsio” klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi