"Barselona"dan "Lion"a

19:39 - 23 İyun 2023

"Lion" "Barselona"nın müdafiəçisi Samuel Umtitini geri qaytarmaq istəyir.

Sportal.az "sport.es"ə istinadən xəbər verir ki, fransalı müdafiəçinin transferi ilə bağlı danışıqlar uğurla davam edir. "Barselona" Umtiti ilə yollarını ayırmağa qarşı deyil və 29 yaşlı futbolçu ilə müqaviləni vaxtından əvvəl ləğv etmək variantını nəzərdən keçirir.

"Lion" yetirməsi olan Umtiti başa çatan mövsümü "Leççe"də icarə əsasında oynayıb. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı il iyunun sonuna qədər qüvvədədir. Daha əvvəl müdafiəçinin Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi gözlənilirdi.

Xəbər xətti