İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Dani Sebalyosun sözləşməsinin müddətini uzadıb. Bu barədə "Kral klubu"nun rəsmi saytı məlumat yayıb. İspan yarımmüdafiəçi 2027-ci ilin yayına kimi La Liqa təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, "Real" Dani Sebalyosun 2017-ci ilin yayında "Betis"dən transfer edib. 26 yaşlı orta xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 46 rəsmi matçda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi