La Liqa klubu 38 yaşlı hücumçunun müqaviləsini uzatdı

16:46 - 23 İyun 2023

İspaniyanın "Kadis" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Alvaro Neqredonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı hücumçu 2024-cü ilin yayına kimi komandanın uğurları üçün tər tökəcək.

Qeyd edək ki, "Kadis Alvaro Neqredonu 2020-ci ilin yayında "Əl Nəsr"dən transfer edib. İspankiya millisinin sabiq üzvü başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti