Rafael Benites İspaniyada işləyəcək.
Sportal.az xəbər verir ki, o, "Selta"nı çalışdıracaq. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla üç mövsümlük müqavilə imzalanıb. Benitezin komandaya iyulda, mövsümöncəsi başlayanda qoşulacağı gözlənilir.
Benites daha əvvəl “Real”, "Napoli", "İnter", "Valensiya" və "Liverpul"u çalışdırıb. Mütəxəssisin son iş yeri 2022-ci ildə tərk etdiyi "Everton" olub. “Selta” isə ötən mövsümü İspaniya La Liqasının turnir cədvəlində 13-cü yerdə başa vurub.
saytlarin hazirlanmasi