Toni Kroos: "Hələ də, özümü vacib futbolçu hiss edirəm"

11:44 - 24 İyun 2023

"Real"ın yarımmüdafiəçisi Toni Kroos müqavilə müddətinin artırılmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, "AS"a danışan almaniyalı "kral klubun"u tərk etməməsini bu cür şərh edib:

"Hələ də özümü yaxşı hiss edirəm, səhhətim yaxşıdır. Düşünürəm ki, hələ də komandaya töhfə verə bilərəm. Bu günə kimi deyə bilərəm ki, özümü hələ də vacib futbolçu hiss edirəm. Həmişə demişəm, mənim üçün əsas odur ki, karyeramı yüksək səviyyədə bitirim, nəyəsə görə üç illik müqavilə imzalamayım".

2014-cü ildə "Bavariya"dan "Real"a keçmiş 33 yaşlı yarımmüdafiəçi bu ay başa çatacaq müqaviləsini bir illik artırıb.

Xəbər xətti