"İnter" və Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviç yay "transfer pəncərəsi"ndə "Barselona"ya keçə bilər.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanın transferi uğursuzluqla nəticələnəcəyi təqdirdə xorvatiyalını heyətinə qatacaq.
"Barselona"nın baş məşqçisi Xavi Brozoviçin namizədliyini təsdiqləyib və onun performansını bəyəndiyini bildirib. 30 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.