İspaniya klubu baş məşqçisini dəyişmədi

20:13 - 25 İyun 2023

"Xetafe" baş məşqçisi Xose Bordalasın müqavilə müddətini artırıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 59 yaşlı məşqçi iki illik müqaviləyə qol çəkib. 

Klub rəhbərliyi "Xetafe"ni Primeroda saxlamağı bacardığına görə Bordalasla yollarını ayırmaq istəməyib. 

2016-2021-ci illərdə də ispaniyalı Madrid təmsilçisinə rəhbərlik etmişdi. Sonradan isə 2021-2022-ci illərdə ispaniyalı mütəxəssis "Valensiya"ya baş məşqçi təyin edilmişdi.

Xəbər xətti