"Sevilya"nın legioneri İngiltərədə oynayacaq

13:37 - 26 İyun 2023

Argentina millisinin və "Sevilya"nın üzvü Lukas Okampos İspaniyanı tərk edəcək.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Fulhem"ə keçəcək.

Artıq Premyer Liqa klubu ilə "Sevilya" arasında razılıq əldə olunub. Premyer Liqa təmsilçisi 28 yaşlı üçün qarşı tərəfə 15 milyon avroya ödəyəcək.

Okampos bundan əvvəl "River Pleyt", "Monako", "Marsel", "Cenoa", "Milan", "Ayaks"da oynayıb.

 

Xəbər xətti