"Barselona" Serginyo Desti buraxmaq fikrində deyil.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi ABŞ-dan olan futbolçunu sərəncamında görmək istəyir.
“Union Berlin” isə Dest üçün “Barsa” ilə danışıqları davam etdirir. Amma Xavinin onu komandada görmək istəməsi, Berlin təmsilçisinin transfer istəyinin üstündən xətt çəkib.
22 yaşlı futbolçu “Ayaks”da oynadıqdan sonra 2020-ci ildə “Barselona”ya keçib. O, ötən mövsüm “Milan”da icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi