İspaniyalı futbolçu Sesk Fabreqas karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, məşhur yarımmüdafiəçi 36 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Sesk Fabreqas "Barselona"nın yetirməsidir. O, karyerası ərzində "Arsenal", "Çelsi" və "Monako"dan çıxış edib. Təcrübəli orta xətt oyunçusu son olaraq İtaliya B Seriyasında mübarizə aparan "Komo"nun formasını geyinib. Fabreqas İspaniya milli komandasının heyətində meydana çıxdığı 110 rəsmi matçda 15 qol vurub. O, yığma ilə dünya və Avropa çempionluğu yaşayıb.
saytlarin hazirlanmasi