"Real" müdafiəçisi Ferlan Mendini itirə bilər.
Sportal.az "Cadena SER"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-İttihad” klubları fransalıya yüksək məvacib söz verib. Futbolçu özü də, "kral klubu"nun rəhbərliyindən onu buraxmalarını xahiş edib. İspaniya təmsilçisi Mendi üçün ərəblərdən yüksək transfer məbləği tələb edir. Danışıqlar müsbət yekunlaşarsa, fransız yeni mövsümə Səudiyyə Ərəbistanında başlayacaq.
28 yaşlı müdafiəçi ötən mövsüm Primeroda 18 oyuna çıxıb. Onun İspaniya nəhəngi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
“Havr” yetirməsi olan futbolçu 2019-cu ildə “Lion”dan “Real”a keçmişdi.
saytlarin hazirlanmasi