"Atletiko" Danimarka millisinin və "Tottenhem"in futbolçusu Pyer-Emil Heyberqi transfer etməyi planlaşdırır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi yarımmüdafiəçi üçün qarşı tərəfə bu həftə müraciət edəcək.
27 yaşlı futbolçu 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 35 matça çıxıb, dörd qol vurub, beş məhsuldar ötürmə edib.
Futbolçunun özünün də, Madridə köçmək istədiyi və artıq bir aydan çoxdur ki, ispan dilini öyrənməyə çalışdığı bildirilir.
Danimarkalı "Bavariya", "Ausburq", "Şalke", "Southempton"da oynadıqdan sonra 2020-ci ildə "Tottenhem"ə keçmişdi.
saytlarin hazirlanmasi