"Sevilya"nın vitse-prezidenti Nido Karrasko ispan müdafiəçi Serxio Ramosla mümkün müqavilə imzalanması ilə bağlı sualı cavablandırıb.
Sportal.az xəbər verir ki, “AS” nəşrinə danışan Əndəlusiya təmsilçisinin rəsmisi təcrübəli futbolçunun geri qayıtmayacağına işarə vurub:
"Yox, yox. Serxio Ramos bu gün bizim üçün seçim deyil. O, akademiyamızda böyümüş əla oyunçudur, lakin bu gün "Sevilya"ya qayıdacağı baş tutmayaca".
Daha əvvəl Ramosun karyerasını Lionel Messinin çıxış etdiyi "İnter Mayami"də davam etdirə biləcəyi iddia olunurdu. Ramos 2005-ci ildə “Sevilya”dan ayrılaraq “Real”a keçmişdi.