"Barselona" Niko Qonzalesi geri qaytarmağı planlaşdırır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 2022/23 mövsümünü icarə əsasında “Valensiya”da keçirmiş yarımmüdafiəçi rəhbərliyin verəcəyi istənilən qərarı icra etməyə hazır olduğunu bildirib.
Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes 21 yaşlı futbolçunu məşqlərə dəvət edib. O, toplanış zamanı özünü yaxşı tərəfdən göstərərsə, komandada saxlayacaqlar.
Niko 2022/2023 sezonunda "Valensiya"nın heyətində 26 matça çıxıb, bir qol vurub və bir assist edib.
saytlarin hazirlanmasi