İspaniya klubu 69 yaşlı mütəxəssisin müqavilə müddətini artırdı

13:32 - 6 İyul 2023

İspaniyanın "Betis" klubu Manuel Pelleqrini baş məşqçi postunda saxlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilənin müddəti artırılıb.

Yeni müqaviləyə əsasən 69 yaşlı mütəxəssis 2026-cı ilin 30 iyununa qədər "Betis"i çalışdıracaq.

Çilili məşqçi 2020-ci ilin avqustundan "Betis"i çalışdırır. 
 

Xəbər xətti