Son mövsümü "Valensiya"da keçirmiş Edinson Kavani karyerasını Argentinada davam etdirə bilər.
Sportal.az "TYC Sport"a istinadən xəbər verir ki, uruqvaylı hücumçu "Boka Xuniors"dan təklif alıb. Artıq bir həftədir ki, tərəflər arasında danışıq davam edir. Kavaninin tanınmış klubla iki illik müqavilə imzalamaq ehtimalı var.
Uruqvayın "Nasyonal" klubu da təcrübəli hücumçunu heyətinə qatmağı planlaşdırır.
saytlarin hazirlanmasi