"Barselona" Ferran Torresi icarəyə vermək istəyir.
Sportal.az “Diario Sport”a istinadən xəbər verir ki, ispan üçün Kataloniya təmsilçisinə bir çox təklif gəlib.
23 yaşlı futbolçu komandada qalsa, kifayət qədər oyun praktikası qazana bilməyəcək. Bu isə onun transfer dəyərinə təsir edəcək. Digər tərəfdən, Xavi Ernandes də ona aparıcı futbolçu kimi baxmır. Torres isə daha çox oynamaqdan ötrü icarəyə yollanmağa müsbət yanaşır.
"Valensiya" yetirməsi olan forvard 2022-ci il yanvarda “Mançester Siti”dən “Barsa”ya keçmişdi. 23 yaşlı hücumçunun müqaviləsi 2027-ci il oyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi