"Barselona" qapıçısı Mark-Andre ter Ştegeni uzun müddət komandada saxlamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi alman qolkiperə yeni müqavilə təklif edəcək. Son İspaniya çempionu 31 yaşlı "əlcək sahibi"nin 2025-ci ilin yayında başa çatan sözləşməsinin müddətini daha 3 il artırmağı planlaşdırır.
Almaniya millisinin üzvü özü də təklifə isti yanaşır. Təcrübəli futbolçu karyerasını "Barselona"da bitirmək arzusundadır.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. O, komandanın heyətində 377 qarşılaşmada meydana çıxıb. Ter-Ştegen 157 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi